“Türk axını”nın inşasına yaxın günlərdə başlanılacaq

“Türk axını”nın inşasına yaxın günlərdə başlanılacaq
# 05 may 2017 06:12 (UTC +04:00)

Rusiyanın “Qazprom” şirkəti yaxın bir neçə günə “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlamağa hazırdır. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkət rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinə məlumat verib.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Miller “Qazpromun” layihə üzrə bütün hazırlıq işlərini başa çatdırdığını və dəniz hissəsində boruların çəkilişinə dair müvafiq göstərişin verilməsini gözlədiyini vurğulayıb.

Putin Türkiyənin layihəni dəstəkləməkdə davam edəcəyinə əmin olduğunu qeyd edib.

“İşləməyə başlamaq lazımdır”, - deyə prezident bildirərək, layihənin dəniz hissəsində boruların çəkilişinə başlamağı tapşırıb.

Qeyd edək ki, layihəyə əsasən Qara Dənizin dibi ilə 4 boru xəttinin çəkilməsi nəzərdə tutulub.

İlk iki xəttin layihələndirilməsi, inşası və istismarı ilə bağlı bütün məsələlər “South Stream Transport B.V” şirkətinə həvalə edilib. Bu barədə Rusiya tərəfə artıq rəsmi Ankaranı məlumatlandırıb.

Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR