Türkiyədə Rəis Rəsulzadənin sərgisi keçirilib

Türkiyədə Rəis Rəsulzadənin sərgisi keçirilib
# 05 may 2017 08:52 (UTC +04:00)

Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın əməkdar rəssamı Rəis Rəsulzadənin rəsm sərgisi keçirilib.

Tarixçi alim, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublunun APA-ya verdiyi məlumata görə, sərginin əsas təşkilatçısı “Yerli düşüncə” dərnəyi olub. Dərnəyin başqanı, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğan, fəxri başqanı Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçudur.

Ankarada Mustafa Ayaz Fondu sərgi salonunda keçirilən “Bir dünya rəssamı Rəis Rəsulzadə” adlı sərginin açılışında Türkiyənin dövlət rəsmiləri, sənətçilər, Türkiyə mediasının təmsilçiləri, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, millət vəkili Mətin Gündoğan, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri Nəsiman Yaqublu və digərləri iştirak ediblər.

Yalçın Topçu sərginin açıq elan edib və iştirakçılara rəssam haqqında məlumat verib.

Sərginin açılışından sonra Ankaradakı “Əsri “ məzarıstanlığında M.Ə.Rəsulzadənin qəbri ziyarət edilib.

Beş günə qədər davam edən sərgidə Rəis Rəsulzadənin “Günəşli gün”, “Yasəmən”, ”Köhnə Bakı”, “Kənddə”, ”Kür balıqçısı” və s. əsərlərinə baxış keçirilib.

Sərgi çərçivəsində Rəis Rəsulzadənin və Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına həsr edilmiş konfrans keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR