BMT baş katibinin nümayəndəsi: “Azərbaycanı mühüm tərəfdaş kimi görürük "

BMT baş katibinin nümayəndəsi: “Azərbaycanı mühüm tərəfdaş kimi görürük "
# 05 may 2017 09:00 (UTC +04:00)

”Bakı prosesi bir platformaya çevrilib”.

APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib. O deyib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün səylər birləşdirilməlidir:

“BMT baş katibi də sülhlə bağlı çağırışlara önəm verir. Biz hamımız əməkdaşlıq edərək, hədəf və məqsədlərə nail olmalıyıq. Biz hərbi münaqişələrin qarşısını almalıyıq. İnsan hüquqlarının qorunması önəmlidir. Mədəniyyətlərarası dialoqdan münaqişələrin qarşısının alınması, barışıq vasitəsi kimi istifadə etməliyik. Bakı prosesinin də əsas məqsədi dayanıqlı inkişaf və dialoqu dünyada təbliğ etməkdir. BMT dinlərarası və mədəniyyətlərarası dialoqu radikalizmə qarşı təsirli bir vasitə kimi görür”.

Əbdüləziz Əl-Nasser bildirib ki, Sivilizasiya Alyansı vətəndaş cəmiyyətlərinə, dini liderlərə, qadın və gənclərə xitab edərək, ekstremizmə və terrorizmə qarşı mübarizə aparmağı zəruri sayır: “Gəlin, unutmayaq ki, bu gün üzləşdiyimiz çağırışlar dindən müəyyən qrupların manipulyasiya üçün istifadə etməsi ilə əlaqədardır. Unutmayaq ki, sülhün bərqərar olması üçün bəşəri həmrəylik vacibdir. Yeni hədəf və nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına daha çox diqqət yetirməliyik. Biz bilməliyik ki, tərəqqi insanlar, dinlər və mədəniyyətlər arasında inteqrasiya ilə əldə oluna bilər. Ekstremistlər bizim dəyərlərimizi aşağılamağa çalışırlar. Bu hədəflərə nail olmaq üçün Azərbaycanı mühüm tərəfdaş kimi görürük. Dünya o zaman sülh və əmin-amanlıq şəraitdə yaşayacaq ki, insanlar gündəlik həyatlarında təhlükəsiz yaşayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR