Bakıda “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsi” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsi” mövzusunda dəyirmi masa keçirilib
# 06 may 2017 13:07 (UTC +04:00)

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, dəyirmi masanın məqsədi türkdilli xalqların mədəni irsini dünyaya tanıtmaq, türk dünyasının mədəniyyətlərarası dialoqda roluna və dünya mədəniyyətinə verdiyi töhfələrinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

G. Əfəndiyeva qeyd edib ki, türkdilli xalqlar bir-birinə qırılmaz tellərlə bağlıdır. O əlavə edib ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib: “Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Çingiz Aytmatov kimi dahilərin əsərləri dünya ədəbiyyatının incilərindəndir. “Kitabi Dədə Qorqud”, “Manas” kimi dastanları da qeyd etmək olar”.

G. Əfəndiyeva dəyirmi masada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə, həyata keçirdiyi layihələrə dair məlumat verib.

Dəyirmi masada çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TURKSOY-un baş katibi Dusen Kaseinov və TürkPA-nın baş katibi Jandos Hasanov türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığının təşviq edilməsi, sülh və təhlükəsizlik, davamlı inkişaf, mədəni irsin qorunması ilə bağlı çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR