Canluka Vakki Bakıda mətbuat konfransı keçirib

Canluka Vakki Bakıda mətbuat konfransı keçirib
# 06 may 2017 15:25 (UTC +04:00)

Bakı Şopinq Festival layihəsi çərçivəsində Azərbaycana gələn italiyalı biznesmen və Dj Canluka Vakki mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, konfransda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vüqar Şıxəmmədov bildirib ki, C. Vakki festivalın qonağıdır.

O, festivalın mayın 10-dək davam edəcəyini bildirib.

C. Vakki isə Bakıda olmaqdan məmnunluğunu ifadə edib, Bakını sevdiyini deyib. Sualları cavablandıran C. Vakki rəqslərinin xoreoqrafı olmadığını, onların spontan olduğunu söyləyib.

Qeyd edək ki, C. Vakki sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşıb. Bu gün o, Bakıda klubların birində DJ proqramı ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR