Yığmamız 9 həndbolçu milliləşdirib

Yığmamız 9 həndbolçu milliləşdirib
# 08 may 2017 11:59 (UTC +04:00)

Azərbaycan yığmasında yeni həndbolçular forma geyinəcək. Apasport.az saytının məlumatına görə, federasiya IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanmaq üçün qadınlardan ibarət komandalarımıza müxtəlif ölkələrdən oyunçu cəlb edib.

Federasiya mayın 12-22-də təşkil olunacaq İslamiada üçün 14 həndbolçu sifariş edib ki, onlardan 9-u yenidi. Onlar arasında ABU-da legioner kimi oynayan 32 yaşlı ukraynalı Natalya Qayoviç, onun həmyerlisi 25 yaşlı Anastasiya Metelska və 26 yaşlı rusiyalı Oksana Orexova da var.

Yığmamızın digər yeni simaları isə hamısı rusiyalıdı. Bunlar Yekaterina Artamanova (28 yaş), İrina Klimenko (22), Mariya Raçitelyeva (24), Anna Burova (21) və Alla Çernişovadı (20).

Heyətdə cəmi 5 oyunçu azarkeşlər üçün tanışdı. Onlardan Səbinə Nuriyeva, İranə Qasımova, Marina Tankaskaya, Anna Həmidova və Sakinat Abasova Azərbaycan həndbolunun yetirməsidisə, Yekaterina Peçe daha öncə milliləşən rusiyalıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR