Robert Prosineçki millinin heyətini açıqlayıb

Robert Prosineçki millinin heyətini açıqlayıb
# 08 may 2017 14:58 (UTC +04:00)

Mayın 15-dən 20-dək Bakıda, 20-dən iyunun 3-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq millimizin heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığması ilə qarşılaşacaq komandamıza 26 futbolçu çağırılıb.

Baş məşqçi Robert Prosineçki “Qarabağ”ın 8 futbolçusuna dəvət göndərib. “Qəbələ”dən isə 5 oyunçu yığmaya çağırılıb.

Prosineçkinin siyahısına düşən futbolçulardan 6-sı legioner həyatı yaşayır.

Qapıçılar: Kamran Ağayev (klubsuz), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi “Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR