İranda mədəndə baş vermiş partlayışda ölənlərin sayı artıb

İranda mədəndə baş vermiş partlayışda ölənlərin sayı artıb
# 09 may 2017 11:27 (UTC +04:00)

İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün Gülüstan əyalətində “Zemestan Yurt” mədəndə həlak olmuş sonuncu mədənçinin cənazəsi çıxarılıb.

Qeyd edək ki, mayın 3-də Gülüstan əyalətində mədəndə partlayış baş verib.

Xilasedicilərin səyinə baxmayaraq, mədəndə qalanları xilas etmək mümkün olmayıb.

Partlayışa lokomotivdə batareyanın səhv quraşdırılması, qısaqapanma və metan qazının partlamasının səbəb olduğu açıqlanıb.

Partlayış zamanı daha 69 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR