Azərbaycanlı xanım beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı xanım beynəlxalq mükafata layiq görülüb
# 09 may 2017 18:26 (UTC +04:00)

Azərbaycanlı xanım Hindistanda keçirilən Dünya Qadınlarının İqtisadi Forumunda “Hamımız üçün Yaxşı Dünya Yaradan - İkonik Qadın” ("Iconic Women Creating

a Better World for All”) ali mükafata layiq görülüb.

APA-nın məlumatına görə, liderlik, gender və inkişaf üzrə ekspert Şəmsiyyə Mustafayeva bu mükafata qadınların inkişafına verdiyi töhfəyə görə layiq görülüb.

Ş. Mustafayeva forumda ölkəmizi təmsil edən yeganə xanımdır.

Qeyd edək ki, forumda 150-dən artıq ölkədən nümayəndə heyəti iştirak edib. 520-dən çox qadın liderin qatıldığı forumda müxtəlif sahələr üzrə, əsasən yaradıcılıq, innovasiya, özünü inkişaf, gələcəyə baxış, təhsil, karyera istiqamətlərini əhatə edən müzakirələr aparılır.

Ş. Mustafayeva hazırda liderlik, gender və inkişaf üzrə ekspert olmaqla yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun müşaviri və Strateji İnkişaf şöbəsinin müdiridir. O, əvvəllər ADA Universitetinin elmi işlər üzrə prorektor müavini, Amerikanın Sülh Korpusunun Təlim Direktoru vəzifəsində çalışıb.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR