5 mln. ha kənd təsərrüfatı təyinatlı torpağa dair qrafiki məlumatlar hazırlanıb

5 mln. ha kənd təsərrüfatı təyinatlı torpağa dair qrafiki məlumatlar hazırlanıb
# 10 may 2017 07:23 (UTC +04:00)

"Ümumiyyətlə, 2014-cü ildən etibarən aqrar islahatların müasir mərhələsi ilə bağlı ölkə başçısı tərəfindən qəbul olunmuş siyasi qərarlar ölkədə aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə rəvac verməklə, bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün baza yaratmağı hədəfləyir. Bu isə hər şeydən öncə dayanıqlı inkişafın təmin edilməsi məqsədilə institusional potensialın müasir tələblərə uyğun gücləndirilməsini zəruri edir. Bu baxımdan 2014-cü ildən etibarən kənd təsərrüfatı sahəsi üzrə idarəetmənin təkmilləşdirilməsi tədbirləri həyata keçirilib". "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazirin sözlərinə görə, ilk növbədə, aqrar siyasətin yerlərdə effektiv icrasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılıb. Həmçinin, nazirliyin aparatında və tabeli qurumlarının fəaliyyətində səmərələliliyin və nəticəyönümlülüyün artırılmasına və innovativ inkişafa imkan verən köklü struktur dəyişiklikləri həyata keçirilib.

"İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun "İnteqrasiya olunmuş nəzarət sistemi" (İACS) prinsiplərinə əsaslanan "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması istiqamətində qısa müddət genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə müvafiq proqram təminatının yaradılması işi başa çatdırılıb, 4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,60 milyon hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafiki məlumatlar Avropa standartlarına uyğun

keyfiyyətdə hazırlanaraq xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib. Eyni zamanda, "Azersky" peykinin təsvirləri əsasında "məsafədən ayırdetmə" texnologiyalarından istifadə etməklə bitki örtüyü, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti və sair məsələlərlə bağlı "Azərkosmos" ASC ilə müvafiq işlər aparılır və seçilmiş pilot ərazilərdə testlər həyata keçirilir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR