Təbrizdə azərbaycanlı rəssamın “Tolerantlıq” adlı fərdi sərgisi açılıb

Təbrizdə azərbaycanlı rəssamın “Tolerantlıq” adlı fərdi sərgisi açılıb
# 10 may 2017 08:45 (UTC +04:00)

Təbriz şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi Bayram Hacızadənin “Tolerantlıq” adlı fərdi sərgisi açılıb. İ

Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov APA-ya bildirib ki, İran Karikaturaçılar Assosiasiyasının və Təbriz Karikatura Muzeyinin dəstəyi ilə təşkil olunmuş sərgidə rəssamın 50-yə yaxın müxtəlif mövzulu əsərləri nümayiş etdirilib.

Beynəlxalq karikatura müsabiqəsi çərçivəsində təşkil olunmuş tədbirə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyyid Rza Salehi Əmiri, Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbrizin Sənət və Mədəniyyət müdiri Məhəmməd Pur, İran Karikaturaçılar Assosiasiyasının rəhbəri Rəhim Baqqal Əsgəri və digər rəsmi şəxslər qatılıb.

Seyyid Rza Salehi Əmiritədbirin Bayram Hacızadəyə xüsusi mükafat təqdim edib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR