Hindistanda toy mərasimində uçqun baş verib, 23 nəfər ölüb, 28-i xəsarət alıb

Hindistanda toy mərasimində uçqun baş verib, 23 nəfər ölüb, 28-i xəsarət alıb
# 11 may 2017 03:53 (UTC +04:00)

Hindistanda tikilinin divarının uçması nəticəsində 23 nəfər ölüb, 28 nəfər xəsarət alıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb.

İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR