Rusiyada yanğın zaman 2-si uşaq olmaqla, 3 nəfər ölüb

Rusiyada yanğın zaman 2-si uşaq olmaqla, 3 nəfər ölüb
# 11 may 2017 08:06 (UTC +04:00)

Rusiyada yaşayış evində baş vermiş yanğın nəticəsində 3 nəfər ölüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, ölənlərdən ikisi uşaqdır.

Hadisə mayın 11-nə keçən gecə Krasnoyarsk diyarının Balaxta qəsəbəsində baş verib. Yanğın yaşayış evi və həyətyanı konstruksiyalarda ümumən 200 kvadrat metr sahəni əhatə edib. Evdə olan 14 və 12 yaşlı uşaqlar, eləcə də onların 64 yaşlı ögey analarını xilas etmək mümkün olmayıb.

Yanğının söndürülməsi üçün 20 yanğınsöndürən və 4 ədəd texnika cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR