Ermənistan paytaxtında İran vətəndaşının meyiti aşkarlanıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı iranlı turistin meyiti İrəvanın “Şirak” mehmanxanasında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.