AFFA-nın lisenziya verdiyi klublar bəlli olub

AFFA-nın lisenziya verdiyi klublar bəlli olub
# 12 may 2017 10:36 (UTC +04:00)

Bu gün AFFA Lisenziya Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun inzibati binasında baş tutan iclasda 2017-18 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılıb.

Müzakirələrdən sonra 6 klubun (“İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”) avrokuboklarda iştirak üçün müraciəti müsbət cavablanıb.

3 ili tamam olmayan “Zirə”nin müraciəti isə UEFA-nın razılığına əsasən baxılaraq, qəbul edilib.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-18 mövsümündə UEFA-nın klub turnirlərinə qatılmaq üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya almış olurlar. Bu komandalarla yanaşı, “Kəpəz” və “Səbail”ə də Premyer Liqada iştirak üçün lisenziya verilib.

Eyni arzuda olan 6 klub - AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” isə tələblərə cavab verən sənədləri toplaya bilməyiblər. Lakin onlar imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti vermək hüququna malikdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR