Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir

Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir
# 12 may 2017 11:06 (UTC +04:00)

Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydalar hazırlanıb. APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsinə dəyişikliklər layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Layihəyə görə, qeyd olunan maddənin 1-ci bəndində deyilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir:

- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir”.

Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

- on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.

Hazırda qüvvədə olan variant isə belədir: Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əməkhaqqından az olmamaqla işdən çıxarma müavinəti;

- işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR