Almaniyada dəmiryol sistemi hakerlərin hücumuna məruz qalıb

Almaniyada dəmiryol sistemi hakerlərin hücumuna məruz qalıb
# 13 may 2017 03:13 (UTC +04:00)

Almaniyada ölkənin aparıcı dəmiryol operatoru “Deutsche Bahn”ın kompüter sistemləri hakerlərin hücumuna məruz qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, zərərverici proqram Frankfurt və Noyştadt şəhərlərinin vağzallarında monitorları sıradan çıxarıb.

Ötən gün 74 ölkədə müxtəlif təşkilatlara ümumilikdə 45 min haker hücumu qeydə alınıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub. Məlumata əsasən, hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi casus proqram təminatından istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR