Fuad Muradov İsrailə gedir

Fuad Muradov İsrailə gedir
# 13 may 2017 12:51 (UTC +04:00)

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mayın 14-də İsrailin patraxtı Tel-Əviv şəhərinə səfərə gedəcək.

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR