Rəsmi London: Aİ danışıqlarda "çirkli oyun"a əl atacaq

Rəsmi London: Aİ danışıqlarda "çirkli oyun"a əl atacaq
# 13 may 2017 15:42 (UTC +04:00)

"Rəsmi Brüssel Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı danışıqlarda "çirkli oyun"a əl atacaq". APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson "Telegraph" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya 80 mlrd. funt sterlinq (103 mlrd. dollar) məbləğində qimyətləndirilən kompensasiyanı ödəmədən Aİ-ni tərk edə bilər: "Biz ödəniş etmədən gedə bilərik. Baş nazir Tereza Mey "razılaşmanın olmaması pis əqddən daha yaxşıdır" deyərkən tam haqlıdır".

Bir neçə gün B.Conson bəyan edib ki, rəsmi Brüssel Böyük Britaniyanın Aİ-ni tərk etməsinə mane olmaq istəyir. Digər britaniyalı nazir Ember Radd isə bildirib ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker aprelin 26-da Londonda baş tutan danışıqlardan sonra Tereza Meyə qarşı "düşmənsayağı" brifinqlər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR