ÜST Konqoda iki nəfərin Ebola xəstəliyindən öldüyünü təsdiqləyib

ÜST Konqoda iki nəfərin Ebola xəstəliyindən öldüyünü təsdiqləyib
# 14 may 2017 22:39 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında iki nəfərin Ebola xəstəliyindən öldüyünü təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın yaydığı açıqlamada bildirilir.

Hazırda tibbi xidmətlər tərəfindən daha 125 nəfərin vəziyyəti yoxlanılır.

Bundan əvvəl Konqoda Ebola virusu üç nəfərin həyatına son qoyub. Ölkədə son dəfə Ebola epidemiyası 2014-cü ildə qeydə alınmışdı. O zaman ölümcül xəstəlikdən 49 insan həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR