Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər

Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər
# 15 may 2017 04:06 (UTC +04:00)

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”, deyə federasiya prezidenti bildirib.

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR