“Qəbələ” Avropa Liqasına II təsnifat mərhələsindən başlayacaq

“Qəbələ” Avropa Liqasına II təsnifat mərhələsindən başlayacaq
# 15 may 2017 14:58 (UTC +04:00)

Avropa Liqasının 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa II raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.

Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.

Azərbaycan kubokunun sahibi dubla imza atan “Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR