Cocuq Mərcanlı kəndində dörd mina aşkar edilib

Cocuq Mərcanlı kəndində dörd mina aşkar edilib
# 15 may 2017 16:16 (UTC +04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün aparılan təmizləmə əməliyyatları nəticəsində 1 045 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, gün ərzində 39 693 kv.m ərazi (1 753 kv.m əllə, 14 940 kv.m mexaniki üsulla, 23 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR