ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 15 may 2017 23:18 (UTC +04:00)

ABŞ-ın Titerboro şəhərinin (Nyu-Cersi ştatı) hava limanı yaxınlığında “Learjet 35” təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində olan iki nəfər ölüb.

Hadisə nəticəsində bir neçə tikili və avtomobil yanıb. Təyyarənin Filadelfiya şəhərindən Titerboroya uçduğu, uçuş-eniş zolağına 400 m qalmış yerə düşərək yandığı bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR