Çində sərnişin avtobusu yük maşını ilə toqquşub, 12 nəfər ölüb

Çində sərnişin avtobusu yük maşını ilə toqquşub, 12 nəfər ölüb
# 16 may 2017 05:58 (UTC +04:00)

Çinin şərq bölgəsində ağır yol qəzası baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Tsyansi əyalətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Onların vəziyyətləri barədə məlumat verilmir. Məlumata görə, qəza ilə əlaqədar yük maşınının sürücüsü saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR