Nəcməddin Sadıkov NATO toplantısına qatılacaq

Nəcməddin Sadıkov NATO toplantısına qatılacaq
# 16 may 2017 09:22 (UTC +04:00)

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR