Cənub bölgəsində şümşad ağacları zərərvericilərə yoluxub, nazirlik mübarizə tədbirlərini gücləndirib

Cənub bölgəsində şümşad ağacları zərərvericilərə yoluxub, nazirlik mübarizə tədbirlərini gücləndirib
# 16 may 2017 09:35 (UTC +04:00)

Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 1250 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının "Şümşad odlucası" adlanan zərərvericilərə yoluxduğu aşkar olunub.


Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 59 hektar, Lənkəranda 23 hektar, Masallıda isə 7 hektar meşə təsərrüfatı sahələrində adıçəkilən zərərvericilərə qarşı mübarizə aparılıb.

Mübarizə tədbirləri "Skaut" tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir. Tədbirlərin əsas məqsədi, adıçəkilən zərərvericilərin respublikamız ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısı almaqdan ibarətdir.

Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR