Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək
# 16 may 2017 10:14 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bu il iyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR