MM spikeri Rusiya Dövlət Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək

MM spikeri Rusiya Dövlət Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək
# 16 may 2017 11:08 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək.

APA-nın məlumatına görə, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR