Qüdrət Həsənquliyev: “Prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təxribatları və təzyiqləri artır”

Qüdrət Həsənquliyev: “Prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təxribatları və təzyiqləri artır”
# 16 may 2017 11:18 (UTC +04:00)

Milli Məclisin iclasında Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırılıb.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır. O qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir: “Bu məsələdə Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR