Siyavuş Novruzov ölüm hökmünün bərpasının əleyhinə çıxıb

Siyavuş Novruzov ölüm hökmünün bərpasının əleyhinə çıxıb
# 16 may 2017 11:36 (UTC +04:00)

Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

APA-nın məlumatına gröə, çıxış edən S. Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR