Rusiyada yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb, 14 nəfər xəsarət alıb - YENİLƏNİB

Rusiyada yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb, 14 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2017 18:58 (UTC +04:00)

Rusiyanın Volqoqrad şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı üçə, xəsarət alanların sayı isə 14 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində binanın bir bloku tamamilə çöküb, 16 mənzil dağılıb.

İlkin məlumata görə, hadisəyə təmir işləri aparan fəhlələrin texniki təhlükəsizlik qaydalarını pozması səbəb olub. Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir. Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb. Üç nəfərin - ticarət pavilyonunun sahibi, onun atası və təmir işlərinə rəhbərlik edən şəxsin şübhəli şəxs qismində saxlanıldığı bildirilir.

**** 15.59

Rusiyanın Volqoqrad şəhərində dördmərtəbəli yaşayış evində partlayış baş verib.

APA-nın “interfax.ru”-a istinadən verdiyi məlumata görə, məişət qazın partlaması nəticəsində iki nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Partlayış zamanı binanın bir bloku tamamilə çöküb, 16 mənzil dağılıb.

İlkin versiyaya görə, hadisəyə təmir işlər aparan fəhlələrin texniki təhlükəsizlik qaydalarını pozması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR