Gürcüstan paytaxtının elektrik enerjisi ilə təchizatı bərpa olunub - YENİLƏNİB

Gürcüstan paytaxtının elektrik enerjisi ilə təchizatı bərpa olunub - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2017 16:05 (UTC +04:00)

Gürcüstanda işıqsız qalan yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq Tiflis və Rustavi şəhərlərinin elektrik enerjisi təchizatı tam bərpa edilib.


Qeyd edək ki, bu gün saat 16.00-dan başlayaraq Tiflis, Rustavi, Marneuli və digər ərazilərdə işıq olmayıb.

*** 17.43

Tiflis və Rustavi şəhərlərinin elektrik enerjisi ilə təchizatı tezliklə bərpa olunacaq.

APA-nın məlumatına görə, bu barədə “İnfo Rustavi” agentliyinə “Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanla sərhəddə yerləşən elektrik verilişi xətlərində problem yaranıb. Bu üzdən yuxarıda qeyd olunan şəhərlərin abonentləri işıqsız qalıb.

Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.

*** 16.56

Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.

“Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR