“Səba” rəhbərliyini yenidən formalaşdıracaq, kapitalını artıracaq

“Səba” rəhbərliyini yenidən formalaşdıracaq, kapitalını artıracaq
# 17 may 2017 06:30 (UTC +04:00)

2017-ci il mayın 15-də keçirilməsi nəzərdə tutulan “Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı yetərsay olmadığına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən çağırılır.

Şirkətin İdarə Heyətindən “APA-Economics”ə verilən məlumata görə, “Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı iyunun 16-da keçiriləcək.


Yığıncağın gündəliyindəki məsələlər bunlardır:
1. Səhmdar cəmiyyətin əlavə adi səhmlərinin buraxılması (emissiyası) yolu ilə nizamnamə kapitalının artırılması barədə;
2. Müşahidə Şurası barədə;
3. İdarə Heyəti barədə;
4. Şirkətin nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul edilməsi barədə;
5. 2016-cı il üçün illik (maliyyə) hesabatları barədə;
6. 2016-cı ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi barədə;
7. Kənar auditorun seçilməsi barədə;
8. Xüsusi əhəmiyyətli əqdin bağlanmasına dair ümumi yığıncağın razılığının verilməsi barədə;
9. Digər məsələlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR