BMT: Bu il MDB ölkələrində iqtisadi artım bərpa olunacaq

BMT: Bu il MDB ölkələrində iqtisadi artım bərpa olunacaq
# 17 may 2017 10:17 (UTC +04:00)

2016-cı ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu kəskin azalıb. APA-nın məlumatına görə, bu barədə BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivləri, 2017-ci il" adlı sənədində bildirilib.


BMT ekspertlərinin qənaətinə görə, 2016-cı ildə MDB-nin əksər ölkələrində investisiya mühiti zəifləyib. Xüsusilə Azərbaycan, Belarus və Moldovada sərmayə qoyuluşu kəskin azalıb.

Təşkilat qeyd edir ki, Rusiyaya qarşı yürüdülən sanksiyalar şimal qonşumuzun investisiya perspektivlərinə də mənfi təsir göstərir və kapital bazarına çıxışı məhdudlaşdırır. Bu proses həmçinin Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcminə də neqativ təsir edib. Rusiyadan transferlərdən asılı olan ölkələrdə gəlirlər kəskin azalıb.


Bununla belə məruzədə qeyd olunur ki, 2014-2015 illərdə MDB-də müşahidə olunan iqtisadi şokdan sonra ötən il təşkilatın üzvü olan ölkələrin iqtisadiyyatında nisbətən sabitlik yaşanır. Ekspertlər bu il iqtisadi aktivliyin bir qədər artacağını proqnozlaşdırır. BMT-nin hesablamalarına görə, 2017-ci ildə bu artım MDB regionunda iqtisadi artım 1,4%, gələn il isə 2% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR