Rene Van der Linden: “Niderlandla Azərbaycanın birgə iqtisadi fəaliyyəti nümunə ola bilər” - YENİLƏNİB

Rene Van der Linden: “Niderlandla Azərbaycanın birgə iqtisadi fəaliyyəti nümunə ola bilər” - <span style="color: red;">YENİLƏNİB
# 17 may 2017 11:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

APA-nın məlumatına görə, Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğulayıb və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini deyib.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək qeyd edib ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlət başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd edib.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin iştirakını məmnunluqla qeyd edib. Dövlət başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini deyib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirib.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim edib.

*** 12.28

Prezident İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR