Heydər Əliyev Sarayında “Muğam milli sərvətimizdir” adlı konsert olacaq

Heydər Əliyev Sarayında “Muğam milli sərvətimizdir” adlı konsert olacaq
# 17 may 2017 12:04 (UTC +04:00)

Mayın 31-də Heydər Əliyev Sarayında muğam ifaçılarının iştirakı ilə “Muğam milli sərvətimizdir” adlı konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə tanınmış xanəndələr, xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Simarə İmanova, əməkdar artist Sevinc Sarıyeva və muğam müsabiqələrinin qalibi və laureatları olan muğam ifaçıları Sərxan Bünyadzadə, Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Xətai Hacıyev, Babək Şuşalı, Rüstəm Rüstəmzadə, Səfalı Mirzəliyev, Kamilə Nəbiyeva, Vüqar Qarabağlı, Hüseyn Məlikov, Sədəf Budaqlı, Ayşən Mehdiyeva, Ağaşükür Nəsirov, Habil Nuran iştirak edəcəklər.

Saat 19:00–da baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manatdır.

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR