Sənaye sektorunda orta əmək haqqı 1000 manata yaxınlaşır

Sənaye sektorunda orta əmək haqqı 1000 manata yaxınlaşır
# 17 may 2017 13:30 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 191,6 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onların 33,7 min nəfəri mədənçıxarma, 99,4 min nəfəri emal, 27,6 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 30,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Birinci rübdə muzdlu işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 988,4 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 13,2%, emal sənayesində 6,9%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,3% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 2,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR