Azərbaycan BTİ Şurasının iclasında iştirak edir

Azərbaycan BTİ Şurasının iclasında iştirak edir
# 17 may 2017 15:47 (UTC +04:00)

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş qərargahında bu təşkilatın Şurasının illik sessiyası işinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir.

Şura BTİ-nin ali orqanıdır, illik iclasında təşkilatın keçən ildə fəaliyyətini qiymətləndirir, hesabatları təsdiq edir, yeni birillik müddətə planları müəyyənləşdirir.

BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə şuraya üzv seçilib.

Azərbaycan nümayəndə heyəti şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir.

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir. Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsinə imkanları müzakirə olunur.

Sessiya öz işini mayın 25-dək davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR