Dünya Bankının nümayəndələri Marneuliyə səfər edib

Dünya Bankının nümayəndələri Marneuliyə səfər edib
# 17 may 2017 19:04 (UTC +04:00)

Bu gün Dünya Bankının nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfər çərçivəsində Dünya Bankının nümayəndələri ictimaiyyət və yerli icra nümayəndələri ilə görüş keçiriblər.

Tədbirdə son illər Marneulidə mövcud iqtisadi tendensiyalar, sosial infrastruktur layihələrin gedişatı və yerli sakinləri narahat edən problemlərdən söhbət açılıb. Görüşdə məqsəd mövcud sosial-iqtisadi vəziyyəti araşdırmaq və bölgələrdə həyata keçirilən layihələrin gedişi ilə tanış olmaq olub.

Qeyd edək ki, Dünya Bankı və Gürcüstan arasında 2017– 2020-cı illərdə qarşılıqlı əməkdaşlıq strategiyası haqqında sənəd qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR