CAR-da qızıl mədənində baş verən partlayış nəticəsində 29 nəfər ölüb

CAR-da qızıl mədənində baş verən partlayış nəticəsində 29 nəfər ölüb
# 18 may 2017 00:07 (UTC +04:00)

Cənubi Afrika Respublikasında qızıl mədənində baş verən partlayış nəticəsində 29 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Fri-Steyt əyalətində, əvvəllər “Harmony Gold” şirkətinə məxsus mədəndə baş verib.

Bildirilir ki, ölənlərin əksəriyyəti qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan Zimbabve, Mozambik və Lesoto vətəndaşlarıdır.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR