Fransanın yeni hökumətində nazirlərin yarısı qadındır

Fransanın yeni hökumətində nazirlərin yarısı qadındır
# 18 may 2017 01:35 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron yeni hökumətin heyətində gender balansı yaradaraq 22 postdan (18 nazir və 4 dövlət katibi) 11-i qadınlara verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, belə ki, Silvu Qular müdafiə naziri, qılıncoynatma üzrə Olimpiya çempionu Laura Futsel idman naziri təyin edilib.

Bundan əlavə, Aqnes Buzin səhiyyə, Fransuaza Nissen mədəniyyət, Marlen Skiappa hökumətdə gender bərabərliyi məsələlərinə cavabdeh olacaqlar.

Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR