ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə layihəsi qəbul edib

ABŞ Konqresi Rusiya və İran əleyhinə qətnamə layihəsi qəbul edib
# 18 may 2017 02:01 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya və İrana qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bunu palatanın spikeri Pol Rayan bəyan edib.

“Bəşər Əsədin insanlığa qarşı cinayətləri cavabsız qala bilməz. Yeni sanksiyalarla biz Suriya rejimi, eləcədə Əsədin əsas himayədarları olan Rusiya və İrana qarşı təzyiqi artırmış olacağıq”, deyə P.Rayan bildirib.

Qanun layihəsinə Senat razılıq verdikdən sonra sənəd imzalanması üçün prezident Donald Trampa göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR