"Evrascon"un Direktorlar Şurası üzvlərinin səlahiyyətinə xitam verilir

"Evrascon"un Direktorlar Şurası üzvlərinin səlahiyyətinə xitam verilir
# 18 may 2017 06:50 (UTC +04:00)

İyunun 25-də "Evrascon" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" şirkətin yaydığı elana istinadən xəbər verir ki, yığıncağın gündəliyinə çıxarılan məsələlər bunlardır:

- 2016-cı il maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı və həmin ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;

- Direktorlar Şurası, Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddətlərinə başa çatdığına görə xitam verilməsi;

- Direktorlar Şurasının tərkibinin seçilməsi;

- Direktorlar Şurasının sədrinin seçilməsi;

- Təftiş Komissiyasının tərkibinin seçilməsi;

- Dividendlərin hesablanması.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR