Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb

Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb
# 18 may 2017 08:38 (UTC +04:00)

2017-ci ilin I rübü ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.

Rüb ərzində valyuta bazarında əməliyyatların 82,2%-i ABŞ dollarında, 17,8 %-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1% hissəsi banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. $) 2 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR