Bəzi yerlərdə 30 dərəcə isti olacaq

Bəzi yerlərdə 30 dərəcə isti olacaq
# 18 may 2017 09:46 (UTC +04:00)

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

ETSN-dən APA-ya verilən məliumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 21-26° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR