Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb- SİYAHI

Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb- <span style="color: red;">SİYAHI
# 18 may 2017 14:48 (UTC +04:00)

2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR