Ermənistan parlamentinin yeni sədri seçilib

Ermənistan parlamentinin yeni sədri seçilib
# 18 may 2017 14:52 (UTC +04:00)

Ermənistan parlamentinin yeni spikerinin adı məlum olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, gizli səsvermənin nəticələrinə əsasən, Ara Babloyan parlamentin sədri seçilib.

A. Babloyanın namizədliyini 105 deputatdan 88-i dəstəkləyib.

Qeyd edək ki, professor A. Babloyan ixtisasca cərrah-nefroloqdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR