Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib

 Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib
# 18 may 2017 15:29 (UTC +04:00)

Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Azərbaycan Dövlət Neft Fondundan “APA-Economics”ə verilən məlumata görə, görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən Komissiyanın fəaliyyəti, hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə vətəndaş cəmiyyəti nümayəndələrini daha ətraflı məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.

Görüşdə HSŞ üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən hasilat sənayesində şəffaflığın təmin olunması məqsədi ilə bütün maraqlı tərəflərlə iş birliyinin qurulması, hesabatlılıq proseduru və digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR