Şəkidə “Shacman” markalı yük maşını piyadanın üstündən keçib

Şəkidə “Shacman” markalı yük maşını piyadanın üstündən keçib
# 18 may 2017 20:35 (UTC +04:00)

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.

Hadisə şahidlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.

Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi “Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.

Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR